...

Azərbaycandan qaz tədarükünün artırılması enerji gündəmində prioritetdir - Bəxtiyar Aslanbəyli

Energetika Materials 18 İyul 2022 11:41 (UTC +04:00)
Azərbaycandan qaz tədarükünün artırılması enerji gündəmində prioritetdir - Bəxtiyar Aslanbəyli
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan qaz tədarükünün artırılması enerji gündəmində prioritetdir.

Trend-in məlumatına görə, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində 16-cı Bakı Yay Enerji Məktəbinin açılışında deyib.

"bp ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq uğurla davam edir. Biz artıq iki böyük layihəyə start vermişik. Biz həmçinin sosial və təhsil layihələri, ətraf mühitin mühafizəsi layihələrinə böyük diqqət yetiririk", - B.Aslanbəyli bildirib.

O, həmçinin qeyd edib ki, bp ADA Universiteti və Corc Vaşinqton Universiteti ilə birlikdə müxtəlif layihələrin idarə edilməsi sahəsində əməkdaşlıq üzərində uğurla işləyir.

bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidentinin sözlərinə görə, təlim proqramı enerji və ətraf mühitin öyrənilməsinə balanslaşdırılmış yanaşma təqdim edir, geniş mövzuları əhatə edir, yəni enerji iqtisadiyyatı, enerji hüququ, təbii resurslardan gəlirlərin idarə edilməsi, bərpa olunan enerji, davamlı inkişaf, iqlim dəyişikliyi və enerji geosiyasəti.

Qeyd edək ki, 16-cı Bakı Yay Enerji Məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəstəyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azerbaijan, Kolin, Masdar və "TotalEnergies" şirkətlərinin tərəfdaşlığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti