Bakı. Trend:
bp şirkəti neft sənayesində kibertəhlükəsizliyin gücləndirilməsi tədbirləri üzərində fəal işləyir.
Trend-in məlumatına görə, bunu şirkətin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" adlı sammitdə deyib.
"Bu gün neft sənayesi təkcə ənənəvi təhlükəsizlik deyil, həm də kibertəhlükəsizlik tədbirlərinə ehtiyac duyur. Biz həm də son vaxtlar daha tez-tez kiberhücumlara məruz qalan özəl sektoru təmsil edirik", - deyə o bildirib.
Onun sözlərinə görə, bp əməkdaşları kibertəhlükəsizlik sahəsində müvafiq hazırlıq keçir.
"Layihələrimizdən biri həm də tədris xarakteri daşıyır. Biz kibertəhlükəsizlik layihələri ilə bağlı bu sahədə laboratoriyaların yaradılması üzrə universitetlərlə işləyirik", - B.Aslanbəyli deyib.