Bakı. Trend:
Yanvar-noyabr aylarında Azərbaycanın qaz ixracı 19% artıb.
Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov tvitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, Avropaya 10,3 mlrd kubmetr, Türkiyəyə 7,6 mlrd kubmetr, Gürcüstana isə 2,2 mlrd kubmetr qaz ixrac olunub.
Bu dövrdə TANAP Türkiyəni 5,2 mlrd kubmetr qazla təchiz edib.