...

Türkiyənin Energetika Nazirliyi qaz qovşağının yaradılma vaxtını açıqlayıb

Energetika Materials 3 Yanvar 2023 16:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə qaz qovşağının yaradılması təxminən bir il çəkəcək.

Trend-in məlumatına görə, bunu ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz TVnet-də deyib.

"İlkin hazırlıq müddəti bir ildir. Hazırda infrastruktur və təfərrüatlar qiymətləndirilir", - o əlavə edib.

F.Dönməzin sözlərinə görə, zaman keçdikcə Avropa ölkələrinin layihəyə marağı arta bilər.

Qeyd edək ki, Türkiyə beynəlxalq qaz qovşağına çevrilmək üçün səylərini davam etdirir. Bu ideyanın beynəlxalq enerji layihələrində iştirak, LNG qurğularının yaradılması və regionda yeganə qaz ticarəti bazarına malik olmaq amili hesabına həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti