Bakı. Trend:
Azeri Light markasına məxsus Azərbaycan neftinin qiyməti Auqusta İtaliya limanında CIF bazasında yanvarın 19-da əvvəlki göstəriciyə nisbətən 2,44 dollar düşüb və bir barelin qiyməti 88,73 dollar təşkil edib.
Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.
Türkiyənin Ceyhan limanındakı FOB bazasında Azeri Light neftini qiyməti 2,44 dollar – bir barelə görə 86,57 dollara düşüb.
Azərbaycanın Qaradənizin rus Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS növünə məxsus neftin dəyəri əvvəlki göstərici ilə müqayisədə 1,44 dollar düşərək bir barelə görə 47,1 dollar təşkil edib.
Şimal Dənizindən hasil olunan Brent Dated etalon növünə məxsus neftin bir barelinin qiyməti yanvarın 19-da əvvəlki göstərici ilə müqayisədə 1,43 dollar – bir barelə görə 84,5 dollaradək düşüb.