...

Bu il "Şahdəniz" yatağından hasilat pik həddə çata bilər

Energetika Materials 26 Yanvar 2023 14:07 (UTC +04:00)
Bu il "Şahdəniz" yatağından hasilat pik həddə çata bilər
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

bp Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağında hasilatın bu il pik həddə çatacağına ümid edir.

Trend-in məlumatına görə, bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.

"Şahdəniz" yatağında ötən il hasilat proqnozlardan yüksək olub. Buna baxmayaraq, hasilat pik həddə çatmayıb. Lakin biz istehsalı artırmağa davam edirik, əməliyyatların effektivliyi 99 faiz təşkil edir. Ötən il qiymətlər yüksək olduqda yataqdan illik istehsal plandan yüksək olub ki, bu da istər investorlar üçün, istərsə də ölkə üçün əlavə gəlirlər deməkdir", - o deyib.

B.Aslanbəyli bu tendensiyanın bu il də davam edəcəyini qeyd edib.

"Ümid edirik ki, bu il istehsalın artım tempini qoruyub saxlamağa və pik həddə çatdırmağa nail olacağıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti