...

Qazaxıstandan BTC vasitəsilə neft tranziti artacaq

Energetika Materials 26 Yanvar 2023 14:05 (UTC +04:00)
Qazaxıstandan BTC vasitəsilə neft tranziti artacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzit neft tədarükü bu il artırılacaq.

Trend-in məlumatına görə, bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.

"Biz ötən ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qazaxıstandan neft tədarük edirik. Bu il tədarük həcmi artırılacaq. Dəqiq rəqəmləri SOCAR-dan öyrənmək mümkündür. Lakin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranzit neftin həcmində məhdudiyyətlər mövcuddur. Keyfiyyət göstəriciləri səbəbindən biz boru kəmərinin bütün mümkün tutumunu Qazaxıstan nefti ilə doldura bilmirik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti