...

İon-Adriatik boru kəmərinin inşasının bitəcəyi vaxt açıqlanıb

Energetika Materials 22 Fevral 2023 12:21 (UTC +04:00)
İon-Adriatik boru kəmərinin inşasının bitəcəyi vaxt açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İon-Adriatik Boru Kəmərinin (IAP) inşasının 2025-ci ilin sonlarına doğru bitəcəyi planlaşdırılır.

Trend bu barədə EURACTIV media platformasına istinadən xəbər verir.

Avropa İttifaqının (Aİ) layihəyə ümumilikdə 7,7 milyon avro ayıracağı qeyd olunur.

IAP layihəsinin iştirakçılarından biri olan Xorvatiya Bosniyanın Rusiya qazından asılılığını azaltmaq üçün Bosniya və Herseqovina sərhədinədək 180 km-lik transsərhəd boru kəməri inşa edəcək.

İlkin layihəyə əsasən, Xorvatiya, Monteneqro və Albaniyanı birləşdirən 511 km-lik İon-Adriatik boru kəməri Xorvatiyanın Split liman şəhərindən İmotski şəhəri istiqamətində, Bosniya və Herseqovina sərhədindən isə Posuşye şəhərinədək uzanacaq.

İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə beş milyard kubmetr qaz təşkil edəcək.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirilir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti