...

TAP-ın vaxtında istismara verilməsi həlledici əhəmiyyət daşıyırdı - ABŞ dövlət katibinin köməkçisi

Energetika Materials 24 Fevral 2023 11:33 (UTC +04:00)
TAP-ın vaxtında istismara verilməsi həlledici əhəmiyyət daşıyırdı - ABŞ dövlət katibinin köməkçisi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəmərinin (TAP) vaxtında istismara verilməsi həlledici əhəmiyyət kəsb edirdi.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisi Cefri Payet Yunanıstan mediasına deyib.

Onun fikrincə, Avropa bunun sayəsində qışa davam gətirib.

C.Payet həmçinin ABŞ-dan maye təbii qaz nəqlinin də Avropanın enerji tədarükündə mühüm rol oynadığını əlavə edib.

"ABŞ Avropaya 2022-ci ildə 70 milyard kubmetrdən artıq maye təbii qaz nəql edib ki, bu da öncəki ildən ikiqat artıqdır və nəql olunan qazın mühüm hissəsi Yunanıstan ərazisindən keçib. Faktiki olaraq ABŞ-ın maye təbii qaz nəqli potensialı qiymətləndirmələrə görə lisenziyalaşdırılmış və işlənmə mərhələsində olan layihələr hesabına 2025-ci ilədək 50 faiz artacaq", - o deyib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 31 dekabr 2020-ci ildə Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə başladılıb. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrədək artırmaq imkan ilə 10 milyard kubmetr təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası Avropaya qaz tədarükünün 2027-ci ilədək ikiqat artırılması barədə razılığa gəlib. Bazar testinin məcburi mərhələsi tamamlandıqdan sonra TAP konsorsiumu genişlənmənin ilk mərhələsini başladıb.

2022-ci ilin yekunlarına görə Avropaya 11,4 milyard kubmetr Azərbaycan qazı nəql olunub.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti