...

Azərbaycan yüksək oktanlı benzin idxalını azaldıb

Energetika Materials 27 May 2023 11:28 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2022-ci ildə yüksək oktanlı benzin idxalını 2021-ci illə müqayisədə azaldıb.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə "Argus" müstəqil qiymətləndirmə agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2022-ci ildə 100,3 min ton Aİ-95 və 1,8 min Aİ-98 benzini idxal olunub. 2021-ci ildə bu göstəricilər müvafiq olaraq 148,4 min ton və 2,9 min ton olublar.

"Yanacaqdoldurma məntəqələrində Aİ-92 və Aİ-95 benzinlərinin qiymətlərində ikiqat artım fonunda yerli istehlakçılar daha ucuz olan Aİ-92 benzininə üstünlük veriblər ki, bu da yüksək oktanlı məhsula tələbatı əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Aİ-95 satınalmalarının üçdə ikisindən çoxu Azərbaycana dəmir yolu ilə 73,7 min ton göndərən Rusiya zavodlarının payına düşüb. Yerdə qalan həcm Bolqarıstan, Rumıniya, Türkmənistan və Belarusiyadan daxil olub. Aİ-98 partiyaları ölkəyə Rusiya və Rumıniyadan çatdırılıb", - hesabatda deyilir.

Həmçinin qeyd olunub ki, Rumıniya və Bolqarıstandan tədarüklər dəmir yolu ilə Gürcüstan ərazisindən həyata keçirilir.

"Ötən il Qara və Azov dəniz akvatoriyasının şərq hissəsində gəmiçilik təhlükəsiz olmadığından, ticarət şirkətləri yanacağın Volqa-Don kanalı ilə dəniz yolu ilə göndərilməsindən imtina etdilər", - deyə "Argus" yazır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana neft məhsullarının nəqli öncəki illə müqayisədə 90 faizdən çox artıb. Bakı Neft Emalı Zavodundakı təmir işləri ilə əlaqədar olaraq daha çox artım Aİ-92 benzininin tədarükünün payına düşüb. Bakıda yerləşən zavodda istehsalın stabil həcmi fonunda bu il Azərbaycana idxal olunan partiyaların daşınması azala bilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti