...

Azərbaycan məişət tullantılarının təkrar emalı üzərində işləyir - Nazir

Energetika Materials 30 May 2023 20:15 (UTC +04:00)
Azərbaycan məişət tullantılarının təkrar emalı üzərində işləyir - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Böhran və mövcud reallıqlar şəraitində “yaşıl” iqtisadiyyata keçid inkişaf etməkdə olan ölkələr üçün prioritet məsələdir.

Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl enerji və ətraf mühit: bizneslər üçün inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bu gün dünya “yaşıl” texnologiyalara sürətli keçidin şahidi olur, tullantıların təkrar emalı, karbonsuzlaşdırma layihələri həyata keçirilir.

"Biz Azərbaycanda yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçid sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edirik. Xüsusi vurğulamaq istəyirəm ki, bu transformasiya iqtisadi artımın davamlılığını, eləcə də ölkənin investisiya cəlbediciliyini təmin edir", - nazir deyib.

M.Babayev qeyd edib ki, Azərbaycanın günəş və külək enerjisi sahəsində böyük potensialı var.

“Bu gün həm yerli, həm də beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində biz bərpa olunan enerji mənbələrinin tətbiqi, eləcə də məişət tullantılarının təkrar bioemalı və təkrar istifadəsi üzərində işləyirik.

Bu gün Azərbaycanda biotullantılardan müxtəlif məhsullar istehsal edərək xarici bazarlara ixrac edən onlarla şirkət fəaliyyət göstərir”, - deyə nazir vurğulayıb.

Nazir onu da bildirib ki, bu il Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə üç milyondan çox ağacın əkilməsi nəzərdə tutulub.

"Biz su ehtiyatlarının səmərəli idarə olunması sahəsində də işləyirik. Burada, xüsusən, həm içməli sudan, həm də texniki, suvarma suyundan söhbət gedir. Biz suyun təkrar istifadəsinin hüquqi tənzimlənməsinin yaradılması üzərində işləyirik", - Babayev bildirib.

O, işğaldan azad edilmiş ərazilərdə “yaşıl” zonanın yaradılmasının da nəzərdə tutulduğunu qeyd edib.

"Ermənistanın işğalı dövründə Qarabağda baş verən dağıntılar təbiətə, təbii sərvətlərə böyük ziyan vurub. Biz özəl sektor oyunçuları ilə birgə həm ərazilərin, həm də təbiətin bərpası üzərində işləməyi vacib hesab edirik", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti