...

Yunanıstan TAP sayəsində enerji müstəqilliyinə nail olub - XİN başçısı

Energetika Materials 4 Mart 2024 12:44 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində enerji müstəqilliyinə nail olub.

Trend Yunanıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis parlamentdə çıxışında bildirib.

"Son illərdə Yunanıstan əsas enerji mərkəzinə çevrilib. Biz öz enerji təhlükəsizliyimizi möhkəmləndirməklə qonşularımıza həm təbii qaz, həm də elektrik enerjisi tədarükündə kömək etmişik. Biz TAP və Azərbaycan sayəsində enerji müstəqilliyinə nail olduq", - deyə o vurğulayıb.

Gerapetritis Yunanıstanın Bolqarıstana təbii qaz tədarükündə mühüm yardım göstərdiyini qeyd edib.

"Rusiyadan axın dayanan kimi biz Yunanıstan-Bolqarıstan interkonnetktorunu (IGB) işə saldıq. Biz qazı Moldovaya göndəririk və Aleksandrupolisdə üzən reqazifikasiya anbarını inkişaf etdiririk.

Şimali Makedoniyaya boru kəməri inşa edir, TAP və IGB boru kəmərlərini genişləndiririk. Elektrik enerjisi sektorunda Bolqarıstanla yeni birləşmə qurmuşuq və bu şəbəkənin İtaliyaya genişləndirilməsi imkanını, eləcə də, Türkiyədə yeni xəttin tikintisini öyrənirik. Bu təşəbbüslər sayəsində regionun enerji xəritəsini yenidən cızaraq Yunanıstanı onun özəyinə yerləşdiririk", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

2023-cü ilin yekunlarına görə, Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 5,3 faiz çoxdur.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti