...

Energetika Nazirliyi tərəfindən verilən icazələrin sayı məlum olub

Energetika Materials 11 Aprel 2025 10:01 (UTC +04:00)
Energetika Nazirliyi tərəfindən verilən icazələrin sayı məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 40 icazə verilib.

Trend bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 24, ixracı üzrə 5 və tranziti üzrə 9 icazə verilib.

Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 2 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti