...

PA CONSULTING GROUP ELEKTRİK ENERJİSİNƏ QƏNAƏT ÜZRƏ PLANIN İŞLƏNMƏSİNİ BAŞA ÇATDIRIB

Energetika Materials 25 Avqust 2005 17:02 (UTC +04:00)

PA Consulting Group Azərbaycanda elektrik enerjisininə qənaət üzrə planın işlənib hazırlanmasını başa çatdırıb. Bu barədə "Tpend"ə PA Consulting Group-un layihə işçi qrupunun başçısı Maknill Uotkins (McNeill Watkins) məlumat verib.

PA Consulting şirkəti Azərbaycana ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi "Azərbaycanın enerji sektoruna texniki yardım göstərilməsi" layihəsi çərçivəsində konsaltinq xidmətləri göstərir.

Onun sözlərinə görə, sənəd avqustun sonlarına kimi USAID-a təqdim olunacaq. Onun rəyindən və təkliflərindən sonra o Azərbaycan dilinə tərcümə olunacaq və müvafiq orqanlara təqdim olunacaq. "Planda neft-qaz və digər sektorların qısa xülasəsi, elektrik enerjisinin qənaətinə dair konsepsiya və məqsədləri öz əksini tapıb.

Həmçinin sənədə tədbirlər planı və hökumətin, ictimaiyyətin, özəl sektorun, QHT-nın və digərlərinin rolu da daxildir.

Xəbər lenti

Xəbər lenti