...

AZƏRBAYCAN "TRANSNEFT" SİSTEMİNDƏ YARADILACAQ KEYFİYYƏT BANKININ İŞTİRAKÇISI OLACAQ

Energetika Materials 15 Sentyabr 2005 17:51 (UTC +04:00)

Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı qüvvədə olan razılaşmaya müvafiq olaraq, Azərbaycan neftinin də nəql olunduğu Rusiyanın magistral neft kəmərləri sistemində "keyfiyyət bankı"nın yaradılacağı zaman Azərbaycan tərəfi digər yük göndərənlərlə birgə onun bərabərhüquqlu iştirakçısı olacaq.

Eyni zamanda, qəbul məntəqəsindən təhvil məntəqəsinə qədər xam neftin keyfiyyətinin dəyişməsinə görə kompensasiya ödəyəcək və ya alacaq.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, Azərbaycan ixracatçıları "Transneft"lə danışıqların gedişində 1996-cı ildən bir dəfə də keyfiyyət bankının yaradılması zərurəti məsələsini qaldırmayıb", - deyə ARDNŞ-dən bildiriblər.

Bu ay LUKOYL neft şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın KİV-dən birinə bildirib ki, Rusiyanın keyfiyyət bankına giriş mərhələlə şəkildə olmalıdır. "Hesab edirəm ki, bu gün birbaşa bank keyfiyyətinə keçmək lazım deyil- bu, mərhələlərlə olmalıdır", - deyə Ələkbərov bildirib.

LUKOYL -un rəhbəri Rusiya KİV-ə aydınlaşdırıb ki, neftin bank keyfiyyətinə keçid zamanı "hər bir istehsalçı öz neftini vahid sistemə təhvil verməlidir.

Beləliklə o, öz neftinin keyfiyyətinə görə haqq alır və onu tonla deyil, kubmetrlə təhvil verir ". "Neft nə qədər yüngül olarsa, kubmetr bir o qədər çox olar, o nə qədər ağır olarsa, o qədər də az olar.

Bütün dünyada belə qəbul edilib: barel (çəlləkdir) - bu həcmdir, kiloqram deyil. Keyfiyyət bankına keçməklə, biz dərhal istehsalçıları öz məhsulunun keyfiyyətinin qayğısına qalmağa stimullaşdırırıq ", - deyə Ələkbərov bildirib.

ARDNŞ-in nümayəndəsi Rusiya KİV-nin məlumatını belə şərh edib: "Rusiyanın LUKOYL və ROSNEFT kimi şirkətlərinin keyfiyyət bankı məsələsini irəli sürməsi Azərbaycanın xeyrinədir.

Məsələ burasındadır ki, "Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)Bakı-Novorossiysk boru kəməri ilə xamma ixracı zamanı, "Transneft" siteminə bazarda Azeri Light kimi məşhur olan yüngül (API üzrə 34,6) az sulfidli (0,14%) neft təhvil verir.

Lakin Novorossiysk limanından çıxarkən bazarda Yurals adı ilə tanınan daha ağır (API üzrə 31) yüksək sulfidli (1,2-1,4 %) neft alır. Azərbaycan ixracatçıları bankın təşkil olunacağı təqdirdə müvafiq kompensasiyalar almaq hüququna malikdirlər".

ARDNŞ nümayəndəsi həmçinin qeyd edib ki, hazırda 1 ton Azeri Light növündən olan neftinə görə 1 ton Yurals müqabilində ABƏŞ Rusiyanın neft borusu sisteminə 7,4 barel neft verir, əvəzində isə 7,2 alır.

"Bu zaman qeyd etmək lazımdır ki, 2005-ci ildə bazarda Azeri Light və Yurals neftinin dəyərinin fərqi orta hesabla 4,60 dollar təşkil edib, son vaxtlar isəı bu fərq artaraq bir barelə görə 7,50 dollar olub", - deyə ARDNŞ-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti