...

BTC-NİN GİRİŞ FLANSINDAN PSG-2-DƏK DOLDURULMASI ÜÇÜN TƏXMİNƏN 3 MLN. BAR. NEFT LAZIMDIR

Energetika Materials 4 Oktyabr 2005 15:56 (UTC +04:00)

BTC neft boru kəmərinin giriş flansından (Səngəçal terminalı) Gürcüstandakı ikinci nasos stansiyasınadək olan hissəsinin doldurulması üçün 2,9 mln. barel neft lşazımdır.Bu barədə Trend ə BTC Co. Şirkətində bildirilib.

BTC Co.-da bildirilib ki, sentyabrın sonunda boru kəmərinin Gürcüstandakı birinci nasos stansiyasından ikinci istiqamətində neft ilə doldurulması davam etdirilib.Türkiyədə aparılan işlərə toxunularaq şirkətdə qeyd olunub ki, Ceyhan limanına ilk neft çatıb və tankerlərdən birindən neft ambarına daşınıb.

Azəri Light neftinin bu partiyası sentyabrın birinci ongünlüyündə Gürcüstanın Qara dənizdəki Supsa limanından terminalın testləşdirilməsi və BTC-nin bir hissəsinin doldurulması üçün Ceyhana çatdırılıb. 600 min barel olan neft partiyası BTC Co şirkəti tərəfindən "AÇG" yatağında neft hasil edən ABƏŞ-dən alınıb.

Bu partiyanın dəyəri Platts-ın Azəri Light neftinə olan ortaaylıq məzənnəsi ilə hesablanıb. BTC Co ilə təmsil olunan Azərbaycan (AzBT/C Co 25%) ABƏŞ-dən 600 min bar. neft alınması üçün pul vəsaiti ödəməyib, amma neftin akkumulyasiyası üçün öz payına müvafiq olaraq neft ayırıb.

Neft boru kəmərinin Gürcüstandakı sahəsinin açılış mərasimi oktyabrın 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti