...

Azərenerji 2005-2006-cı illər payız-qış mövsümünə hazırlıq aparır

Energetika Materials 14 Noyabr 2005 17:41 (UTC +04:00)

Azərenerji Səhmdar Cəmiyyəti (SC) 2005-2006-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə ilin sonuna kimi Azərbaycanın ən iri elektrik stansiyalarındın istehsal gücünü artırmaq üçün bir neçə bloku təmir etmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə Azərenergi SH-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Gələn ay Mingəçevirdəki DRES-in 5 saydı enerji blokunun yenidən qurulması başa çatdırılacaq ki, bundan sonra 320-330 MVt -a qədər artacaq. Əlavə 100 MVt ölkənin qərb rayonlarına göndərilcək.

Əsaslı təmirdən sonra Əli Bayramlı DRES-nın 6-cı bloku istismara veriləcək. Avadanlığın sıradan çıxması üzündən stansiyada enerji hasilatı 100 MVt-a düşmüşdü. Təmir nəticəsində blokun gücü 40 MVt-a qədər artıb. Bu stansiyanın ümumilikdə gücü 920-930 MVt-a qədər artırılacaq ki, bu da Azərbaycanda elektrik enerjisi hasilatının 30-33% -i deməkdir.

"Şimal" DRES-dəki buxar-qaz qurğusunda (BQQ) planlı təmir işləri başa çatıb. Bir sıra yarımstansiyalarda, o cümlədən, "Abşeron", "Xırdalan", "Yevlax"da yenidənqurma işləri başa çatdırılıb.

İlin sonuna kimi gücü 12,5 MVt olan Naxçıvan elektrik stansiyasının birinci bloku təhvil veriləcək.2006-cı ildə Naxçıvan şəhərində 87 MVt-lın modul stansiyası tikiləcək.

Xəbər lenti

Xəbər lenti