...

Dekabrın sonunadək ABƏŞ "Mərhələ -3" layihəsii çərçivəsində işlər üzrə KCA DEUTAG ilə saziş imzalamağı planlaşdırır

Energetika Materials 22 Noyabr 2005 13:02 (UTC +04:00)

ABƏŞ-in tərəfdaşları "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında inşa ediləcək "Günəşli" dərinsulu platformasında qazma və texniki xidmətlərin göstərilməsi üçün Abbot Group plc-nin törəmə şirkəti olan KCA DEUTAG ilə müqavilənin davam etdirilməsini bəyənib. Bu barədə Trend ə AÇG-nin operatoru olan ABƏŞ-də bildirilib.

Öncə ABƏŞ ilə Abbot Group arasında "Günəşli" dərinsulu platformasında qazma qurğuları və modulların tədarükü üzrə $10 mln. dəyərində müqavilə imzalanıb.

ABƏŞ-də qeyd edilib ki, Abbot Group-un törəmə şirkəti ilə müqavilənin davam etdirilməsi barədə sazişin 2005-ci ilin dekabrın sonunda imzalanması nəzərdə tutulur.

"Günəşli" dərinsulu platformasının işlənib-hazırlanması üzrə KCA DEUTAG-ın işlərinin miqyası 5 il müddətlə $50 mln. olaraq qiymətləndirilir. Platformanın inşası və istismara verilməsi çərçivəsində KCA DEUTAG texniki dəstək və yardım göstərəcək, qazma qurğusunun buraxılmasının təmin edilməsi üçün əməliyatadək olan işləri öz üzərinə götürəcək. Hazırda 2006-cı ilin əvvəlində Mercon (Hollandiya) zavodundan göndərilməli olan qurğunun inşası işləri aparılır. 2007-ci ilin sonunda qurğunun fəaliyyəti təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti