...

Fevralın sonunda AÇG layihəsi üzrə bank sindikatı imzalanacaq

Energetika Materials 13 Fevral 2006 18:26 (UTC +04:00)

Fevralın sonunadək bank sindikatı ilə sazişin imzalanması mərasimi keçiriləcək. Bununla AR DNŞ "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üçün $750 mln. həcmində kredit cəlb edəcək. Trend bildirir ki, AR DNF-in icraçı direktoru Samir Şərifov bu barədə jurnalistlərə bəyan edib. Onun sözlərinə görə, iş demək olar ki, başa çatıb, sindikatlaşdırmada dünyanın 15 aparıcı bankı iştirak edir.

Kreditin əsas hissəsinə dair saziş artıq imzalanıb, amma imzalanma mərasimi onsuz da keçiriləcək, belə ki, bank sindikatı yaradılır. Saziş bir bankla - Fransanın BNP Paribas bankı ilə ötən ilin sonunda imzalanıb. Bank sövdələşmənin təşkilatçısıdır.

Qeyd edək ki, AR DNŞ-ə məxsus olan Azerbaijan (ACG) Limited (AzACG) kredit vəsaitlərinin verilməsi çərçivəsində maraqlarını Nyu-Yorkdakı baş ofisi ilə Chadbourne & Parke hüquq şirkəti təmsil edir.

Kredit vəsaitləri AÇG layihəsi çərçivəsində xərclərə yönəldiləcək və Exxon Azerbaijan Limited and Turkiye Petrolleri A.O.-ya borcların ödənməsini təmin edəcək. Sövdələşmə AR DNŞ-ə "Azəri-Çıraq-Günəşli"də özünün bütün neft həcminə nəzarəti bərpa etməyə, beynəlxalq neft bazarlarında marketinq əməliyyatlarını genişləndirməyə və inkişaf etdirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti