Anshad Petrol birgə müəssisəsi (BM) və "Gobu¬stan Operating Com¬pa¬ny" əməliyyat şirkəti 2006-cı ilin yanvar - fevral aylarında Azxərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) ümumi həcmi 6,5 mln. kubmetr sərbəst qaz satıb ki, bu da 2005-zci ilin analoji dövründəkindən 0,6 mln. kubmetr çoxdur. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat verilib. ARDNŞ-in məlumatlarına görə, fevralda şirkətlər tərəfindən 3,1 mln. kubmetr qaz satılıb.
Anshad Petrol "Neftçala", "Hillə" və "Babazənən" müqavilə sahəsindəki quyulardan qaz hasil edir. BM sərbəst qazın ilk satışına 2 mln. kubmetr həcmində 2004-cü il aprelində başlayıb. ARDNŞ Anshad Petrol-dan qazı 65 min AZM (1 min kubmetri $13) və "Azəriqaz" QSC-nə verir. O da öz növbəsində yanacağı "Azəriqaz"ın tərkibinə daxil olan "Aztransqaz" İB vasitəsilə paylayır.
GOC satışın birinci mərhələsində (4 quyudan tədarük olunan qazı özündə bğirləşdirir) 200 min kubmetrə qədər qaz satacaq. Beşinci quyunun alınmasından sonra satılan qazın həcmi artırılaraq 350 min kubmetrə qədər artacaq. Qazın qiyməti $1.29/1 mln. BTU ($1.29/1 mln. BTU - $46/1 min m3) təşkil edir.
Gobustan Operating Company (GOC) ARDNŞ-lə bağlanmış PSA müqaviləsi üzrə "Cənub-Qərbi Qobustan" blokunun işlənməsi ilə məşğul olur. Sərbəst qazın satışı ilə bu şirkət bu il fevralın əvvəllərindən başlayıb. GOC 80% iştirakla Commonwealth Gobustan Limited şirkətinə, 20% -lə ARDNŞ-ə təhkim olunub. Commonwealth Gobustan Limited 37,17%-lə Arawak Energy-yə, 62,83% - lə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.
Anshad Petrol BM 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla Dogan Petrol şirkəti tərəfindən keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-nin operatoru Atilla Dogan Petrol olub, lakin 1997-ci ildən isə ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995 -ci ildə Malaziyanın Land and General Berhad şirkəti layihənin iştirakçısı olub, Atilla Dogan Petrol -un payından 17,15% alıb.