...

ARDNŞ tresti Cənubi-Qafqaz qaz kəmərinin bir hissəsini tikir

Energetika Materials 22 Mart 2006 13:16 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzərdənizneftqaztikinti" tresti Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Gürcüstan ərazisindən keçən 12 kilometrlik hissəsinin tikintisi üzrə işlərin aparılmasına dair Böyük Britaniyanın ''British Petroleum'' (BP) şirkətinin elan etdiyi tenderin qalibi olub. Trend in məlumatına görə, bu barədə ARDNŞ-in yaydığı məlumatda bildirilir.

Trestin rəhbəri Rizvan Abbasovun sözlərinə görə, layihədə trestin bekynəlxalq sertifikata malik və xarici şirkətlərdə böyük təcrübə toplamış 200-dən artıq əməkdaşı çalışacaq. Hazırda işçilərin və texnikanın hazırlanması ilə əlaqədar səfərbərlik dövrü başa çatmaq üzrədir. Görülən kompleks tədbirlər çərçivəsində həm kadrlar, həm də texnika sınaqdan keçirilir. Kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisinin aprel ayında başlanması, avqustda isə başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində trestin Gürcüstanda da nümayəndəliyinin açılması planlaşdırılır. Xatırladaq ki, ''Xəzərdənizneftqaztikinti'' tresti Bakı-Supsa neft kəmərinin, həmçinin ''Çıraq-1'' və ''Mərkəzi Azəri'' platformalarından Səngəçal terminalına çəkilən birləşdirici kəmərlərin çəkilməsində də iştirak edib.

Xəbər lenti

Xəbər lenti