2006-cı ilin I rübündə Azərbaycanın neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyinin (İB) neft və qaz şasilatı idarələri tərəfindən 947 mln. 710 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövründəkindən 0,7% çoxdur. Trend in verdiyi məlumata görə, "Günəşli" yatağında çalışan "28 May" NQÇİ daha çox qaz hasil edib. ARDNŞ-in neft və qaz hasilatının əsas həcmi olnun payına düşür. Yanvar-mart aylarında bu yataqda 601 mln. 827 min kubmetr qaz çıxarılıb ki, bu da ötən ilin yanvar-fevral aylarındakından 4% çoxdur.
Nisbətən aşağı hasilat "Muradxanlı" yatağında müşahidə olunub. Bu ilin yanvar-mart aylarında burada 150 min kubmetr qaz hasil olunub ki, bu da ötən ildəki hasilat həcminə müvafiqdir.
Ötən ildən qaz hasilatında daha çox geriləmə "Balaxanıneft" NQÇİ-də müşahidə olunub ki, burada 2379 min kubmetr qaz hasil edilib. Bu, ötən ildəkinə nisbətən 61,8% azdır.
"Azneft" İB-nin 2006-cı ilin yanvar-mart aylarında faktiki qaz hasilatı (min kubmetrlə) üzrə ümumi cədvəli:
Neft-qaz hasilatı idarələri |
2006 -cı ilin I rübü |
2005-ci ilin I rübü % -lə |
28 May |
601827 |
104,0 |
Neft Daşları |
12870 |
100,0 |
N.Nəimanov adına |
120770 |
97,2 |
Balaxanıneft |
2379 |
38,2 |
Qum Adası |
84518 |
99,9 |
Abşeronneft |
9770 |
97,0 |
Bibi-Heybətneft |
5485 |
101,4 |
Suraxanıneft |
3512 |
82,7 |
Ə.Amirov adına |
10586 |
137,5 |
Bulla-Dəniz |
89285 |
89,3 |
H.Z.Tağıyev adına |
2380 |
100,0 |
Siyəzənneft |
4178 |
92,4 |
Muradxanlı |
150 |
100,0 |
Azneft İB üzrə cəmisi |
947710 |
100,7 |