...

AYİB krediti üzrə saziş iyul ayında imzalana bilər

Energetika Materials 18 İyul 2006 15:38 (UTC +04:00)

Bu ayın sonuna qədər Mingəçevirdəki Azərbaycan İES-in yenidənqurulması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sazişinin imzalanacağı gözlənilir. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov xəbər verib.

Enerji bloklarının yenidənqurulması üzrə işlərin gələn ilin birinci rübündə başlanması planlaşdırılır. O vaxta qədər məsləhətçi seçilməli, tender keçirilməli və baş podratçı müəyyən olunmalıdır.

80-ci illərdə tikilmiş AzİES Azərbaycanda ən böyük elektrik stansiyasıdır. Onun hər biri 300 MVt gücə malik 8 enerji bloku var, lakin avadanlıqlar köhnəldiyinə görə stansiyanın istehsal gücü aşağı düşüb. Bu il "Azərenerji" Rusiyanın "Qüvvət maşınları" şirkəti ilə birgə beşinci enerji blokunu təkmilləşdirib və bu, onun istehsalat gücünün 330-340 MVt-a çatmasına səbəb olub.

Elektrik stansiyasının yenidən qurulma layihəsinə yeddi enerji blokunun, suburaxıcı sistemin və tüstü borusunun müasirləşdirilməsi daxildir. Əvvəllər də AYİB ilə danışıqlar aparılıb, lakin kreditin verilmə şərtləri Azərbaycanı qane etməyib. Lakin Avropa bankı prezidenti Jan Lemyerin Azərbaycana səfərindən sonra bank öz şərtlərini geri götürüb və kredit üzrə danışıqlar davam etdirilib.

Xəbər lenti

Xəbər lenti