...

Vayxır SES-in inşası başa çatır

Energetika Materials 21 İyul 2006 13:31 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasındakı "Heydər Əliyev adına" Vayxır su anbarında inşa edilən su elektrik stansiyasında tikinti-quraşdırma işləri başa çatır. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-dən məlumat verilib.

Hazırda stansiyada işə salma-sazlama işləri həyata keçirilir. Artıq 0,5 MVt gücündə turbində sınaq işləri başa çatıb. SES-in özünün yaxın günlərdə işə salınacağı gözlənilir.

Elektrik stansiyasının gücü 4,5 MVt təşkil edəcək. Bu stansiyada 2 MVt gücündə iki, və 0,5 MVt gücündə bir turbin quraşdırılacaq.

Yeni elektrik stansiyasının ümumi dəyəri $5,8 mln təşkil edir. Layihə NMR Nazirlər Kabineti ilə Türkiyənin "Çengiz" və "Canet" şirkətləri arasında imzalanmış saziş əsasında gerçəkləşdirilir.

Xəbər lenti

Xəbər lenti