...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 26 İyul 2006 13:49 (UTC +04:00)

İyulun 25-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $72,33 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,54 artıb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 25-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $73,43 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,42 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 25-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $67,07 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,34 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

İyulun 25-də bir barel DTD neftinin qiyməti $72,78 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,68 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti