...

"Qazeksport" Azərbaycana təbii qaz tədarükünü bərpa edib

Energetika Materials 24 Avqust 2006 16:42 (UTC +04:00)

Rusiyanın "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə qurumu) bu gün Azərbaycana qaz tədarükünü bərpa edib. Qaz tədarükü dünən Dağıstan ərazisindən keçən magistral qaz kəmərlərində kompleks plan-profilaktika və təmir işlərinin görülməsi səbəbindən dayandırılmışdı. Bu barədə Trend ə "Azəriqaz" QSC-dən bildirilib.

"Avqustun 22-də şirkət boru kəməri ilə yanacaq tədarükünü asta templərlə azaldıb, avqustun 23-də isə ixracı tamamilə dayandırıb. Bu gün ixrac bərpa olunub", - deyə yanacağın alıcısı olan ARDNŞ-dən Trend ə bildirilib.

Yanvar-iyul aylarında "Qazeksport" şirkəti Azərbaycana 2 mlrd. 670,3 mln. kubmetr qaz tədarük edib. Cari ildə ARDNŞ "Qazeksport"dan 1 min kub metri 110 ABŞ dollarına təxminən 4,5 mlrd. kubmetr qaz almağı planlaşdırır.

Mazut resurslarının səmərəli ehtiyatları olduğundan, qaz tədarükünün müvəqqəti dayandırılması "Azərenerji"nin işinə və elektrik enerjisinin hasilatına təsir göstərməyib.

Xəbər lenti

Xəbər lenti