...

ABƏŞ ilin sonunadək Bakı-Novorossiysk marşrutu ilə neft ixracını saxlaya bilər

Energetika Materials 29 Avqust 2006 19:54 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2006-cı ilin sonunadək Bakı-Novorossiysk boru kəmər marşrutu ilə müəyyən həcmdə neftin nəqli mümkünlüyünü istisna etmir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

"ABƏŞ ilin sonunadək Novorossiysklə bəzi həcmləri nəql edəcək. Bu həcmlər hələlik dəqiqləşdirilir. ABƏŞ BTC neft kəmərinin sınaqdan keçirilməli olmasını nəzərə alaraq bəzi həcmləri nəql etmək niyyətindədir", - deyə ARDNŞ-dən bildirilib.

ABƏŞ Bakı-Novorossiysk boru kəməri üzrə operatordur və buna görə də öz neftini bu kəmərlə istənilən vaxt nəql edə bilər.

"Azəri"-"Çıraq"-"Günəşli" yataqlar blokunu mənimsəyən ABƏŞ 2006-cı ilin yanvar-iyul aylarında müxtəlif istiqamətlərdə 10,663 mln ton Azeri Light növlü neft ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,542 mln ton çoxdur.

Yanvar-iyul aylarında Bakı-Novorossiysk kəməri ilə ("şimal" marşrutu) 2,307 mln ton neft ixrac olunub. Bu göstərici 2005-ci ilin yanvar-iyul aylarında 1,119 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti