Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istimara verildiyi andan (2 iyun 2006-cı il) Heydər Əliyev adına terminaldan Azərbaycan neftinin olduğu 26 tanker yola düşüb. Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, artıq göndərilmiş 18 milyon barel neftin əvəzinə Türkiyə 6,5 milyon dollar gəlir əldə edib.
Vəsaitlər artıq "Botaş İnternational Limited" şirkətinin hesabına daxil olub.
2007-ci ildə Türkiyənin BTC layihəsindən əldə edəcəyi gəlir 120 mln. dollar təşkil edəcək. Əgər bu rəqəmə vergiləri də daxil etsək, o zaman ümumi göstərici 200 mln. dolları ötəcək.
Həmçinin məlumat verilir ki, Türkiyə tərəfi BTC layihəsində 6% iştirak payına görə ümumilikdə 1,5 mlrd. dollar alacaq.