...

Natiq Əliyev: Azərbaycan 2008-ci ildə 30 mlrd. kubmetr qaz hasil edəcək

Energetika Materials 27 Sentyabr 2006 20:18 (UTC +04:00)

2008-ci ildə Azərbaycan 30 mlrd. kubmetr qaz hasil edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün sənaye və energetika naziri Natiq Əliyev bəyan edib.

Ölkənin neft sənayesində işləyən mənbələrdən Trend ə verilən məlumata görə, bu həcmin 15 mlrd. kubmetri Azərbaycanın "Azəri"-"Çiraq"-"Günəşli" yataqlarından hasil olunacaq səmt qazının payına düşür, 9,9 mlrd. kubmetri isə "Şahdəniz" qazkondensat yatağının işlənilməsi zamanı hasil olunacaq və 5,1 mlrd kubmetri Azərbaycan Dövlət Neft Şirkətinin öz hasilatı olacaq.

"AÇG" yataqlarından hasil olunacaq səmt qazının bir hissəsi lay təzyiqini və neft hasilatı həcmlərini saxlamaq üçün yenidən laylara vurulacaq. Bu ilin oktyabrından isə Azərbaycan "Şahdəniz" yatağından qaz hasilatına başlayacaq. İki il ərzində Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil olunan qazın həcmi ildə 2 mlrd. kubmetr qaz artırılacaq.

Bundan başqa, Azərbaycan "Azəri"-"Çiraq"-"Günəşli" yataqlarının daha dərin laylarında sərbəst qaz ehtiyatlarına malikdir ki, bu da ayrı bir müqavilənin predmeti ola bilər. İlkin qiymətləndirmələrə görə, bu qaz ehtiyatı bir neçə yüz milyard kubmetr həcmində ölçülür.

Xəbər lenti

Xəbər lenti