...

"Şahdəniz" yatağından hasilat bərpa olunub

Energetika Materials 23 Noyabr 2006 10:33 (UTC +04:00)

"Şahdəniz" yatağındakı birinci quyuda texniki işlər başa çatıb və qaz hasilatı davam etdirilir. Bu barədə Trend ə məlumatlı mənbələrdən xəbər verilib. Hasilatın bərpasından sonra, qaz Azərbaycanın Bakı-Tiflis-Ərzurum boru kəmərinin təzyiq altında sınanması üçün istifadə olunmuş qaz borcunun qaytarılmasına yönəldilib. Bu ehtiyaclar üçün istifadə olunan qazın həcmi təxminən 36 mln. kub metr təşkil edib.

1-ci quyudan hasil edilən qaz Azərbaycana, digər quyular işə salındıqdan sonra isə Türkiyə və Gürcüstana satılacaq.

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihənin operatoru BP Azerbaijan şirkətindən Trend ə bildirilib ki, ilin sonunadək yataqda öncəqazma proqramı çərçivəsində qazılmış iki quyu istismara veriləcək. Hazırda hasil edilən qaz Səngəçal terminalında qurğuların işə salınması üçün istifadə olunur. Bu proqram çərçivəsində yataqda cəmi 4 quyu qazılıb.

Xəbər lenti

Xəbər lenti