...

Batumi neft terminalı neft yüklərinin boşaldılıb yüklənməsini xeyli artırıb

Energetika Materials 27 Noyabr 2006 17:00 (UTC +04:00)

Batumi neft terminalı 2006-cı ilin yanvar-oktyabr aylarında ümumilikdə 10,1 mln. ton neft yükü boşaldıb yükləyib, 2005-ci ilin analoji dövründə isə bu göstərici 7,7 mln. ton olub. Bu barədə Trend ə limana yaxın mənbələrdən məlumat verilib.

2006-cı ilin oktyabr ayında yükboşaltma 929,7 min ton, 2006-cı ilin sentyabr ayında isə - 733,7 min ton təşkil edib.

Batumi neft terminalı ildə 15 mln. tona qədər neft yükü boşaldıb yükləyə bilər. Terminal Aframax sinifli daşınan buy da daxil olmaqla, dörd körpüdə 30-90 min ton dedveytli tankerlərə xidmət edir. Hazırda terminal çən parkının gücü təxminən 530 min tondur, bu isə dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin yüklənib boşaldılması üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti