...

Naxçıvan MR-də yeni elektrik stansiyasının tikintisi başa çatır

Energetika Materials 13 Dekabr 2006 16:40 (UTC +04:00)

Naxçıvan modul elektrik stansiyasında tikinti-montaj işləri son mərhələdədir və yaxın vaxtlarda tamamlanacaq. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Yaxın vaxtlarda həmçinin modullar işə salınacaq və bu zaman blokların iş prosesi təhlil olunacaq.

Elektrik stansiyası artıq yanacaq və soyuducu sistem üçün su ilə təchiz olunub. Metal dayaqlar quraşdırılıb və 110 kilovoltluq elektrik ötürücü xətləri çəkilib. Bu xətlər üzrə istehsal edilmiş elektrik enerjisi paylayıcı şəbəkəyə daxil olacaq.

Bu modul elektrik stansiyasının tikintisinə bu ilin may ayında başlanılıb. O, hər biri 8,7 MVt gücə malik 10 moduldan ibarətdir. Bundan başqa, yeni yarımstansiya inşa edilib.

Tikinti üzrə podratçı, digər analoji tipli stansiyalarda olduğu kimi, Finlyandiyanın Wartsila şirkətidir.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-yə 52 belə qurğunun tikintisi və təhvil verilməsi həvalə olunub. Onlar Bakı, Naxçıvan, ölkənin Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq. 2006-cı ildə 12 belə elektrik stansiyası Bakı YEM-2 ərazisində, 10-u - Naxçıvanda, 10-u isə - Xaçmaz və Şəkidə quraşdırılacaq. Onlar "Azəriqaz" QSC-nin tədarük edəcəyi təbii qazla işləyəcəklər. Bu elektrik stansiyaları hər birinin gücü 8,7 MVt olan enerji modullarından ibarətdir.

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisinin istehsal həcminin 450-460 MVt artırılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti