...

Azərbaycan Dövlət Neft şirkəti "Azəri"-"Çıraq"-"Günəşli" və "Şahdəniz"dən qazın qəbulu üçün qaz kəmərinin tikintisinə başlayıb

Energetika Materials 18 Dekabr 2006 18:48 (UTC +04:00)

"Xəzərdənizneftqaztikinti" tresti və Sanqaçal terminalı əsas qurğusundan Hacıqabuldakı kompressor stansiyasınadək yeni qaz kəməri tikintisinin layihəsi üzrə əlavə podratçı Azfen Birgə Müəssisəsi tikintiyə başlayıb. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət neft Şirkətindən məlumat veriblər. Hazırda artıq 1 kilometr qaz xətti çəkilib. Boru kəməri iri nəqliyyat kommunikasiyalarından keçəcək. Bu qaz kəməri milli qaz nəqliyyat sistemində "Azəri"-Çıraq"-"Günəşli" və "Şahdəniz" yatağından 41 və 90 barrel təzyiqlə qaz nəql edəcək.

48 dyümlü qaz kəməri sutkalıq gücü 21 mln kub metr olmaqla qaz nəql edəcək. Bu boru kəməri ARDNŞ-in qaz departpmentinin sifarişi ilə tikiləcək.

47 km. Uzunluğunda boru kəmərinin tikintisi iki mərhələdə keçiriləcək. Birinci mərhələdə Sanqaçal-Kalmaz (23km) xətti və ikinci mərhələdə Kalmaz-Hacıqabul (24km) xətti tikiləcək. Boru kəmərinin tikintisində bütün müasir təhlükəsizlik metodları istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti