...

Azərbaycanın "Şah dəniz" yatağındakı Türkiyə kvotasından Gürcüstan üçün qaz ayrılması ilə bağlı danışıqlar davam edir

Energetika Materials 20 Dekabr 2006 11:55 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycanın "Şah dəniz" yatağında Türkiyə kvotası ilə bağlı Gürcüstan və Türkiyə nümayəndə heyətləri arasında Ankarada keçirilən danışıqlar hələ konkret nəticələr verməyib.

Türkiyənin energetika naziri Hilmi Gülərlə danışıqlardan sonra Gürcüstan energetika naziri Nika Qilauri bildirib ki, danışıqlar hələ iki gün də davam edəcək: "Biz əsas məsələləri razılaşdırımışıq və yalnız detallarını aydınlaşdırmaq qalıb".

O qeyd edib ki, aydınlaşdırılmalı detal - Türkiyənin Gürcüstana 2007-ci ildə öz kvotasından verəcəyi qazın geri qaytarılması məsələsidir. Gürcüstan ümid edir ki, 2007-ci ildə "Şah dəniz" yatağında Türkiyə kvotasından təxminən 800 mln. kub metr və öz ərazisi ilə qaz tranzitindən daha 250 mln. kub metr qaz əldə edəcək.

Türkiyə gələn il "Şah dəniz" yatağından təxminən 2,8 mlrd. kubmetr qaz almalı idi.

Bu gün qaz tədarükü ilə bağlı məsələ Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan arasında keçirilən görüşdə həll edilə bilər.

Xəbər lenti

Xəbər lenti