...

Azərbaycan Dövlət Neft Şirkəti quru yataqlarından birində 20 yeni quyu qazacaq

Energetika Materials 28 Dekabr 2006 19:04 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyi Azərbaycanın Siyəzən rayonundakı "Zeyvə-Zağlı" yatağında təxminən 20 quyu qazmaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

"Hazırda bu yataqda neft ehtiyatlarının qiymətləndirilməsi dəqiqləşdirilir", - deyə ARDNŞ-dən bildirilib.

Yataqda artıq bir neçə quyu qazılıb. İlkin qiymətləndirmələrə görə, yatağın ehtiyatları 3-3,5 mln. ton həcmində qiymətləndirilir. Yataqda sutkada 14,5 ton neft debitə malik bir hasilat quyusu qazılıb. Quyunun dərinliyi orta hesabla təxminən 2000 metr təşkil edir.

Dövlət Neft Şirkəti yataqda işi fəallaşdırmaq haqqında qərar qəbul edib. O cümlədən növbətçi üsulu ilə iş üçün şəraitin yaradılması nəzərdə tutulur. Yataqda eyni zamanda üç-dörd quyu qazılacaq. Onların arasında həm kəşfiyyat, həm də qiymətləndirmə quyuları var.

Yataqda təxminən 9-12% neft çıxarılan Azərbaycanda mürəkkəb kollektorlardan biri var. Hazırda faydalı iş əmsalının yüksəldilməsi məsələsi nəzərdən keçirilir. Daha mükəmməl iş üsullarından istifadə etməklə buna nail olmaq olar.

Xəbər lenti

Xəbər lenti