...

Azərbaycanın İrana elektrik enerjisi borcunun qaytarılması müddəti müəyyənləşib

Energetika Materials 12 Mart 2007 15:23 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan İran qarşısında elektrik enerjisi üzrə borclarının qaytarılmasına aprel-may aylarında başlayacaq. Bu barədə bu gün "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. İrandan çatdırılmış elektrik enerjisinə görə Azərbaycanın borcunun həcmi təxminən 400 mln. kVt/saat təşkil edir.

Hazırda İran Azərbaycana - Astara ryonuna sutkada təxminən 10-12 MVt elektrik enerjisi verir. İrandan çatdırılmalar hesabına Naxçıvan MR-in elektrik enerjisi ilə təminatı həyata keçirilir.

Elektrik enerjisi mövcud Astara (İİR) - Astara (AR) - Parsabad (İRİ)- İmişli (AR) xətti ilə çatdırılır. Əvvəl Azərbaycan və İran paralel rejimdə iki dövlətin enerji sistemlərinin işi barədə 2006-cı ilin dekabrın 1-də müqavilə imzalayıb. Müqavilə Azərbaycan tərəfindən İrandan qış dövründə defisitin müşahidə olunduğu vaxtda ayda 600-700 kVt/saat elektrik enerjisi alınır və bunun əvəzinin İranda defisitin müşazidə olunduğu yay dövründə verilməsini nəzərdə tutur.

Hər ay "Azərenerji" İrandan 50-70 mln. kVt/saat elektrik enerjisi alır.

Xəbər lenti

Xəbər lenti