...

Gürcüstanda "Neft və qaz haqqında" qanuna dəyişikliklər edilib

Energetika Materials 6 İyun 2007 11:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan parlamenti üçüncü oxunuşda "Neft və qaz haqqında" qanuna dəyişiklilər edib. Həmin dəyişikliklərə əsasən, müstəqil tənzimləyici orqan olan Neft və qaz resurslarının tənzimlənməsi üzrə Dövlət Agentliyi Energetika Nazirliyinin tabeçiliyinə keçir.

Qanun çap olunduğu gündən qüvvəyə minəcək.

Bununla yanaşı, neft və qaz sahəsindəki tənzimlənməyə görə ödəmələr ləğv olunur.

Bu sahəni tənzimləyən digər qanunlara da dəyişikliklər edilib. Yeni qanun layihəsinin təşəbbüskarı rolunda dövlət başçısı çıxış edir.

Xəbər lenti

Xəbər lenti