...

"BP Azərbaycan"ın rəhbəri: "Türkiyənin Ceyhan limanından 140 mln. barrel Azərbaycan nefti ixrac olunub"

Energetika Materials 6 İyun 2007 12:35 (UTC +04:00)
"BP Azərbaycan"ın rəhbəri: "Türkiyənin Ceyhan limanından 140 mln. barrel Azərbaycan nefti  ixrac olunub"

Azərbaycan, Bakı /müxbir Trend S.Əliev/ Çərşənbə günü "BP Azərbaycan" şirkətinin prezidenti Bill Şreder bildirib ki, bu günə qədər Türkiyənin Ceyhan limanına "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən və BTC kəməri vasitəsilə çatdırılan 140 mln. barrel neft daşınıb. 140 mln. barrel neft hissələrlə 175 tanker vasitəsilə daşınıb. "BP Azərbaycan" "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə operator və BTC Co-nun rəhbəridir. Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" yatağından gündəlik neft hasilatı 800 min barreli ötüb. "2009-cu ildə gündəlik hasilat 1 mln. barreli ötəcək" - deyə o bildirib. "BP Azərbaycan"ın rəhbəri həmçinin qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən neftin həcmi dünyada neftə olan tələbatın dörddə birini ödəyir.

Xəbər lenti

Xəbər lenti