...

Ekspert: "Cənub axını"nın tikintisi "Transxəzər" layihəsinin reallaşmasına təsir edə bilər

Energetika Materials 25 İyun 2007 20:32 (UTC +04:00)
Ekspert: "Cənub axını"nın tikintisi "Transxəzər" layihəsinin reallaşmasına təsir edə bilər

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ ARDNŞ-nın sabiq prezidenti, hazırda Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafı Fondunun rəhbəri Sabit Bağırovun bazar ertəsi verdiyi məlumata görə, Rusiyanın "Cənub axını" qaz kəməri sistemini tikmək niyyəti bir daha bu ölkənin Avropaya qaz ixracına olan inhisarı qoruyub saxlamaq arzusunu nümayiş etdirir.

"Qazprom"un idarə heyətinin sədr müavini Aleksandr Medvedev və "Eni" konserninin baş icraçısı Paolo Skaroni Romada Qara dənizin dibindən keçəcək və İtaliyaya qaz ixracı üçün istifadə olunacaq qaz kəməri sisteminin tikilməsi və istismarı barədə memorandum imzalayıblar.

"Cənub axını"nın Qara dəniz hissəsinin ümumi uzunluğu 900 km, maksimum dərinliyi isə 2000 m təşkil edəcək.

Bağırovun sözlərinə görə, bu layihənin reallaşması Avropaya alternativ qaz daşınmalarını çətinləşdirə bilər.

"Alternativ qaz daşınmaları layihələrinin reallaşması ən böyuk qaz ixracatçılarından biri olan Qazaxıstan və Türkmənistanın mövqeyindən asılı olacaq" - deyə o bildirib.

"Cənub axını"nın tikintisi "Transxəzər" layihəsinin reallaşmasına təsir edə bilər.

"Əgər Qazaxıstan və Türkmənistan öz qazının Rusiya vasitəsilə nəqlində maraqlıdırsa, "Transxəzər" qaz kəməri layihəsinin reallaşması sual altında olacaq" - deyə o bildirib.

"Buna baxmayaraq Xəzər dənizinin dibilə qaz kəmərinin tikintisi şansı böyükdür. Bu siyasi, iqtisadi

və ekoloji məqamların yaxşılışması ilə və Xəzərin statusu ilə bağlıdır" - deyə Bağırov hesab edir.

Hazırda Rusiya Aralıq dənizi istehsalçıları ilə sərhəddən qaz alır və onu sərbəst şəkildə Avropaya ötürür. İstehsalçılar istehsal etdikləri qazın Avropaya daşınmasında iştirak etmək barədə məsələ qaldırıblar.

Xəbər lenti

Xəbər lenti