...

Qazaxıstanda YSM-in qiymətinin artması ilə bağlı məsələ həllini tapıb

Energetika Materials 25 İyul 2007 16:46 (UTC +04:00)

Qazaxıstan, Astana /müx. Trend K.Arınova/ Qazaxıstanın Energetika və Mineral Resurslar Nazirliyi yanacaq-sürtkü materiallarının (YSM) qiymətlərinin saxlanılması ilə bağlı məsələni həll edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Hazırda bir ton YSM-in qiyməti 515-dən 460 dollaradək azalıb. Bundan əlavə çatışmazlıq yoxdur və kənd təsərrüfatı sahəsində çalışanlar biçin kampaniyasını yekunlaşdıra bilərlər" - deyə idarənin press-relizində deyilir.

"Biz yaranmış vəziyyəti həll etdik. Bu, ilk növbədə Pavlodar zavodunun planlı təmirə dayanması ilə bağlı idi. İyulun 21-də zavod fəaliyyətini bərpa etdi. Ona görə də indi biz Pavlodar və Şımkənddəki zavodlarla bağlı əlimizdən gələni etdik ki, qiymət artımı baş verməsin" - deyə energetika naziri Baktıkoja İzmuxambetov bildirib.

Xəbər lenti

Xəbər lenti