...

Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb

Maliyyə Materials 22 Aprel 2019 16:01 (UTC +04:00)
İlk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər.
Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb

Bakı. Trend:

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, bu gün Unibank müştərilərinə kompensasiyaların ödənişinə başlanılıb.

"Unibank"dan Trend-ə verilən məlumata görə, ilk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər.

Kompensasiyaların müştərilərə daha rahat və operativ şəkildə verilməsi üçün Unibank filialları bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib. Filialların iş saatları bu həftə ərzində 1-5-ci günlər saat 20:00-dək, şənbə günü 18:00-dək uzadılıb.

Müştərilərin növbələrdə vaxt itkisinin qarşısını almaq üçün kompensasiya alacaq müştərilərə xidmət növbəlilik prinsipi əsasında aparılır. Müştərilərə göndərilən SMS-lərdə hansı filiala və nə vaxt gəlməsi haqda məlumat qeyd olunur.

Bank mobil nömrəsi işlək olmayan müştərilərdən xahiş edir ki, şəxsiyyət vəsiqələrinin FİN kodunu öz mövcud işlək nömrələrindən SMS vasitəsi ilə 8117 nömrəsinə göndərsinlər. Bütün müştərilərə kompensasiya ödənişlərinin 1 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Unibank- hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti