Bakı. Trend:
İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-oktyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,19 faiz əməl edib.
Trend xəbər verir ki, bunu komitənin sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, nəzərdə tutulan proqnozdan əlavə, 396,3 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.