...

Təhsil, səhiyyə və nəqliyyat sektorunda çalışanlara Xalq Bankdan sərfəli kredit kampaniyası

Maliyyə Materials 1 Noyabr 2022 14:44 (UTC +04:00)
Təhsil, səhiyyə və nəqliyyat sektorunda çalışanlara Xalq Bankdan sərfəli kredit kampaniyası

Bakı. Trend:

Xalq Bank istehlak krediti şərtlərini daha da sərfəli edərək yeni kampaniyaya start verdi.

Belə ki, təhsil, səhiyyə və nəqliyyat sektorunda çalışan şəxslər indi istehlak kreditini zaminsiz 15 000, zaminliklə 30 000 manatadək, illik faiz dərəcəsi cəmi 12% olmaqla 48 ay müddətinə əldə edə bilərlər. Bunun üçün müraciətçi qeyd olunan sahədə sonuncu iş yerində son 12 aylıq iş stajına malik olmalıdır.

31 dekabr 2022-ci il tarixədək qüvvədə olan kampaniyadan yararlanaraq kredit əldə etmək üçün Xalq Bankın istənilən filialına müraciət etmək mümkündür.

Xatırladaq ki, bir müddət əvvəl Xalq Bank bir sıra dövlət qurumlarında, bank sahəsində, eləcə də neft-qaz sənayesində çalışan şəxslər üçün də eyni şərtlərlə kampaniyaya start verib.

Bank məhsulları, eləcə də yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti