...

"Naxçıvanbank"ın yeni səhmdarları KİMDİR?

Maliyyə Materials 8 İyun 2023 11:50 (UTC +04:00)
"Naxçıvanbank"ın yeni səhmdarları KİMDİR?
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Naxçıvanbank" ASC-nin yeni səhmdarlarının tərkibi tamamilə dəyişib.

Trend bu barədə cümə axşamı xəbər verir.

Bankın illik hesabatına əsasən, 2023-cü il fevralın 1-dən etibarən bankın səhmdarları Hüseyn Məmmədov (63,66 faiz), Rüfət Məmmədov (26,52 faiz) və Binnət Novruzovdur (9,82 faiz).

Qeyd edək ki, bundan əvvəl bankın səhmdarları aşağıdakı kimi idi: Rza Talıbov (63,66 faiz), Seymur Talıbov (20,48 faiz), Baharxanım Talıbova (9,82 faiz) və Sevil Sultanova (6,04 faiz).

"Naxçıvanbank" ASC 2008-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 94 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti