...

Qazaxıstan vətəndaşları Türkiyədə mindən çox daşınmaz əmlak satın alıblar

Maliyyə Materials 17 Oktyabr 2023 15:40 (UTC +04:00)

Bakı. Trend:

2023-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə min 122 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 923 obyekt azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, bu ilin sentyabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 121 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 86 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə 102 min 656 mənzil satın alınıb ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 9,5 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyədə 900 min 74 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 930 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azdır.

Eyni ilin yanvar-sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 28 min 64 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti