...

Hər bir ölkənin götürdüyü öhdəliklərə nəzər yetirilməlidir - Maria Fernanda

Yaşıl iqtisadiyyat Materials 15 Mart 2024 10:41 (UTC +04:00)
Hər bir ölkənin götürdüyü öhdəliklərə nəzər yetirilməlidir - Maria Fernanda
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye sistemi, qida zənciri yaşıl enerjiyə keçidi dəstəkləməlidir.

Trend xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa XI Qlobal Bakı Forumunda çərçivəsindı keçirilən “Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

“Əsas sual budur ki, yaşıl enerjiyə keçiddə bizə nə qədər maliyyə lazım olacaq? Bu da COP29-un qarşısında duran vacib, əsas məsələlərdəndir. Bu əsasən də ada, kiçik dövlətlər üçün önəmlidir. Faktiki olaraq biz buna artıq dəqiqlik gətirməliyik. Həmçinin əlavə vəsaitlərin gəlməsini düşünməliyik.

Daha bir vacib məsələ bizi 2030-a aparacaq yol xəritəsidir. Hər bir ölkənin götürdüyü öhdəliklərə nəzər yetirilməlidir”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti