...

"Yaşıl" texnologiyalara keçid mühüm maliyyə yatırımları tələb edir - Nigar Arpadarai

Yaşıl iqtisadiyyat Materials 10 İyun 2024 12:50 (UTC +04:00)
"Yaşıl" texnologiyalara keçid mühüm maliyyə yatırımları tələb edir - Nigar Arpadarai
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl" texnologiyalara keçid mühüm maliyyə yatırımları tələb edir.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib.

O, СОР29-un mövzusunun iqlim maliyyələşdirməsi olduğunu xatırladıb.

"Yaşıl" texnologiyalara keçid baha başa gəlir və bu prosesləri "yaşıl" iqtisadiyyata reallaşdırmaq üçün trilyonlarla dollar lazımdır. Sual yaranır: bu maliyyə haradan gələcək və onların maliyyələşdirilməsi mexanizmləri necə olacaq? Biz artıq iqlim dəyişikliyinin nəticələrii görürük. Şəxsən mən, misal üçün, COP prosesinə qoşulmazdan əvvəl problemin ciddiliyini dərk etmirdim.

Hazırkı vəziyyətdə anlayırsan ki, dünya müxtəlif, eyni zamanda, kiçikdir. Digər tərəfdən, müxtəlif xalqların üzləşdiyi problemləri görürük. Misal üçün, kiçik ada dövlətləri ekzistensial təhdiddən danışırlar, bu isə o deməkdir ki, onlar yox olmaq həddindədir. Müzakirələr davam edir, lakin yenə də qərarlar verilir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, problemin dərk olunması səviyyəsi artır və bu qətiyyətli tədbirlər olmadan növbəti səviyyəyə keçməyə imkan vermir.

"Bu planda ciddi problem mövcuddur. Misal üçün, biz Xəzər dənizinin səviyyəsinin azaldığını görürük. Digər ölkələrdə də ciddi ekoloji problemlər müşahidə olunur. Bu il baş verən fəlakətlərə baxanda onların nə qədər ciddi olduğu aydın görünür. Qərarların qəbul edilməsinə görə məsuliyyət böyükdür və biz onları qəbul edə bilməsək, bu fəlakətlər daha da pisləşəcək. Alimlər artıq bu problemləri görürlər, biz də onları müşahidə edirik. Bunlar sabitliklə bağlı nəzəri düşüncələr deyil, bu çox ciddi reallıqdır", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti