...

Azərbaycanın rabitə şirkəti Azərbaycan DİN-lə müqaviləsini 2008-ci ildə başa çatdıracaq

Telekommunikasiya Materials 25 Oktyabr 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Smart Systems Technology rabitə şirkəti 2008-ci ildə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş idarəsi üçün işləri başa çatdıracaq. Bu barədə cümə axşamı şirkətdən məlumat verilib.

Şirkət qoşunların rabitə sistemində korporativ şəbəkənin yaradılması üçün avadanlıq almalıdır və şəbəkəyə aylıq xidməti həyata keçirməlidir.

Şirkətdən bildiriblər ki, artıq bu il tələb olunan məntəqələrdə avadanlıqlar quraşdırılıb, şəbəkənin bir hissəsi təşkil olunub. Qalan işlər 2008-ci ildə görüləcək. Məlumatların gizliliyinə istinad edərək, şirkətdən layihənin dəyərini açıqlamayıblar.

1999-cu ilin noyabr ayında yaradılan Smart System Technology şirkəti Oracle korporasiyasının rəsmi tərəfdaşıdır. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, mürəkkəb informasiya sistemlərinin hazırlanması, bank və maliyyə sahələrində konsaltinq, internet xidmətlərinin göstərilməsi, müasir kommunikasiya avadanlığının satışı ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti