...

2008-ci ilə Azərbaycanda beynəlxalq telefon zəngləri üzrə tariflər aşağı düşməyəcək – nazir

Telekommunikasiya Materials 6 Dekabr 2007 13:42 (UTC +04:00)
2008-ci ilə Azərbaycanda beynəlxalq telefon zəngləri üzrə tariflər aşağı düşməyəcək – nazir

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Cümə axşamı rabitə və informasiya texnologiyaları nazir Əli Abbasovun verdiyi məlumata görə, 2008-ci ildə Azərbaycanda beynəlxalq telefon danışıqlarının qiymətlərinin növbəti dəfə aşağı salınması planlaşdırılmır, belə ki, hazırkı qiymətlər beynəlxalq standartlara cavab verir.

"Azərbaycanda mövcud tariflər MDB dövlətləri üzrə orta göstəricidən aşağıdır" - deyə nazir bildirib.

2007-ci il iyun ayının 1-dən Azərbaycanda telefon danışıqları üzrə aylıq abunə haqqı 0,7 manatdan 2 manata qədər artırılıb. Bunun müqabilində respublika daxilində beynəlxalq danışıqlar üzrə ödənişlər bir dəqiqə üçün 0,09 manatdan 0,07 manata endirilib. Bütün kateqoriyalar üzrə beynəlxalq telefon danışıqlarının da tarifləri endirilib:

- MDB və Baltik ölkələrinə zənglər 0,45 manatdan 0,36 manata qədər,

- İran, Türkiyə, Pakistan 0,54 manatdan 0,45 manata qədər,

- Avropa ölkələri 0,72 manatdan 0,54 manata qədər,

- ABŞ və başqa ölkələr 0,9 manatdan 0,54 manata qədər.

Nazirin sözlərinə görə, 2008-ci ildə İP telefoniya və İnternet vasitəsilə həyata keçirilən telefon xidmətlərinin qiymətlərinin aşağı düşməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti