...

Azərbaycanın regionunda İKT üzrə seminar keçirilir

Telekommunikasiya Materials 29 Mart 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart/ Trend / Bu gün Lənkəranda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilmiş və Azərbaycanın regionlarında informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə yönəlmiş seminar keçirilir.

İdarənin məlumatında bildirilir ki, seminarda dinləyici qismində informatika müəllimləri və Lənkəran, Cəlilabad, Lerik, Astara, Yardımlı, Masallı rayonlarının dövlət idarələrinin İT mütəxəssisləri iştirak edir, regionlarda İKT-nin tətbiqi məsələləri, "Elektron Azərbaycan" Dövlət Proqramının layihələri və perspektivləri haqqında müzakirələr aparılır.

Seminarın gedişində proqramın reallaşdırılmasına dair geniş informasiya təqdim ediləcək, ekspertlərlə (Rabitə, Təhsil nazirlikləri, Rabitə Nazirliyinin informasiya-hesablayıcı mərkəzinin, "Aztelekom" İB, "Kur" zavodu və digər müəssisələrin mütəxəssisləri) diskussiya keçiriləcək.

Xəbər lenti

Xəbər lenti